12 İyun 2026-cı il tarixində UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru h.f.d., dos. D

12 İyun 2026-cı il tarixində UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru h.f.d., dos. Davud Davudovun iştirakı ilə növbəti tədris ili üçün bağlanacaq müqavilələrin hüquqi və maliyyə aspektlərinə həsr olunmuş işgüzar görüş keçirilib. Görüşdə baş mühasib və hüquqşünas iştirak edərək müqavilələrin hazırlanması və tətbiqi ilə bağlı məsələləri müzakirə ediblər.

Müzakirələr zamanı ötən il müqavilələrin icrası zamanı yaranan çətinliklər təhlil olunub, hüquqi risklərin minimuma endirilməsi və sənəd dövriyyəsinin daha səmərəli təşkili istiqamətində fikir mübadiləsi aparılıb.

Davud Davudov hüquqi və maliyyə mexanizmlərinin təkmilləşdirilməsinin təhsil müəssisəsinin səmərəli fəaliyyəti və dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
#azmik #unec

Instagram paylaşımına baxın