19.01.2026-cı il tarixindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Azərbayc

19.01.2026-cı il tarixindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Azərbaycan Maliyyə-İqtisad Kollecində “20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə bağlı UNEC-in Tədbirlər Planı”na əsasən silsilə tədbiri keçirilib.

20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər çərçivəsində xüsusi dərslər, seminarlar, mühazirələr və “dəyirmi masa”lar təşkil edilmiş, həmçinin kitab və foto sərgiləri nümayiş etdirilmişdir.

Tədbirdə kollecin tədris işləri üzrə direktor müavini, m.f.d. Pərviz Müseyibli, tərbiyə işləri üzrə direktor müavini, t.f.d. Murad Muradov və Tələbə Gənclər Təşkilatının sədri Fəridə Allahverdiyeva çıxış ediblər. Natiqlər 20 Yanvar faciəsindən, Ümummilli lider Heydər Əliyevin bu qanlı əməliyyata dair kəskin etirazından, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Kollecin “Humanitar və sosial fənlər” birləşmə komissiyasının müəllimi Türanə Hüseynova hadisələrə dair geniş məruzə ilə çıxış edib. Çıxış edənlər 20 Yanvarın xalqımızın yaddaşındakı ağrı-acısından, müqəddəs şəhidlərimizin qəhrəmanlıq nümunələrindən bəhs edərək o gecəyə dair xatirələrini bölüşüblər. Tədbirin sonunda faciəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

20.01.2026-cı il tarixində isə Azərbaycan Maliyyə-İqtisad Kollecinin kollecin direktoru, h.f.d., dos. Davud Davudov rəhbər heyəti, müəllim və tələbələri Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər. Kollektiv faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək məzarları üzərinə qərənfillər düzüblər.

Instagram paylaşımına baxın