65 uğur hekayəsi" – müasir Azərbaycanın insan kapitalı” kitab layihəsi üzrə növbəti işçi iclas keçirilib

“65 uğur hekayəsi" – müasir Azərbaycanın insan kapitalı” kitab layihəsi üzrə növbəti işçi iclas keçirilib.

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində ölkə başçısı cənab İlham Əliyevin 65 illik yubileyi münasibətilə hazırlanacaq “65 uğur hekayəsi – müasir Azərbaycanın insan kapitalı” adlı kitab layihəsi ilə bağlı növbəti işçi iclas keçirilib.

İclas zamanı layihənin konsepsiyası, məzunların seçim meyarları, materialların toplanması, müsahibələrin təşkili və kitabın nəşrə hazırlanması ilə bağlı görüləcək işlər müzakirə olunub.

Layihənin əsas məqsədi müstəqillik illərində müxtəlif sahələrdə uğur qazanmış Azərbaycan Maliyyə-İqtisad Kolleci məzunlarının həyat və fəaliyyət yolunu işıqlandırmaq, onların cəmiyyətə verdiyi töhfələri təqdim etmək və gənc nəslə motivasiya mənbəyi yaratmaqdır.

Kitabda xüsusilə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi dövründə təhsil sahəsində həyata keçirilən islahatlar, yaradılmış yeni imkanlar və insan kapitalının inkişafına yönəlmiş dövlət siyasəti fonunda uğur qazanmış məzunların hekayələrinin yer alması nəzərdə tutulur.

Layihənin nəticəsi olaraq hazırlanacaq nəşr yalnız məzunların uğur salnaməsi deyil, eyni zamanda müasir Azərbaycanın inkişafında təhsilin, peşəkarlığın və insan kapitalının rolunu əks etdirən dəyərli bir mənbə olacaqdır.

#AzMİK #65UğurHekayəsi #İnsanKapitalı #Təhsil #Məzunlarımız

Instagram paylaşımına baxın