9 İyun 2026-cı il tarixində UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qəbul p

9 İyun 2026-cı il tarixində UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qəbul prosesinin təşkili ilə bağlı növbəti işçi görüş keçirilib.

Görüş zamanı Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 2026/2027-ci tədris ili üçün əlavə təhsil üzrə qəbulun təşkili, sənəd qəbulu, müsabiqə mərhələləri və namizədlərə göstəriləcək xidmətlərin keyfiyyətinin artırılması məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Maliyyə-İqtisad Kolleci əlavə təhsil üzrə qəbul prosesini ikinci ildir həyata keçirir. Ötən il əldə olunan təcrübə və formalaşmış iş mexanizmləri nəzərə alınaraq bu il qəbul prosesinin daha səmərəli, operativ şəkildə təşkil edilməsi nəzərdə tutulur.
#azmik #unec

Instagram paylaşımına baxın