
UNEC nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil almaq istəyən namizədlər üçün qeydiyyat prosesi keçirilib.
Qeydiyyat zamanı namizədlərin sənədləri qəbul olunub, şəxsi məlumatları yoxlanılıb və əlavə təhsillə bağlı zəruri məlumatlar təqdim edilib.
Proses səmərəli və təşkilatlı şəkildə həyata keçirilib, namizədlərin sualları cavablandırılıb və növbəti mərhələlərlə bağlı ətraflı məlumat verilib.
