
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 2025-ci il 25 aprel tarixində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Tədbirlər Planına müvafiq olaraq dövlət xidmətlərinin elektronlaşdırılması və dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsi üzrə işlərin sürətləndirilməsi, kağız əsaslı xidmətdən məlumat əsaslı xidmətə keçirilməsinin təşkil olunması ilə bağlı fəaliyyətin təmin edilməsi ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Tərbiyə işləri üzrə direktor müavini t.f.d. Murad Muradov Tədris hissə müdiri Könül Xəlilova və Mühasibat uçotu şöbəsinin müdiri Leyla Yusibova iştirak etmişdirlər. Tərbiyə işləri üzrə direktor müavini, t.f.d. Murad Muradovun çıxışında ənənəvi kağız əsaslı xidmətlərin rəqəmsallaşdırılması ilə bağlı işlərin məqsədi, əldə olunan nailiyyətlər barəsində rəqəmsallaşmanın tətbiqi əhəmiyyətindən danışmışdır.
İstehsalat təcrübəsi rəhbəri Ülviyyə Eldarova “Dövlət xidmətlərinin elektronlaşdırılması və dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında inteqrasiyanın təmin edilməsi üzrə işlərin sürətləndirilməsi, kağız əsaslı xidmətdən məlumat əsaslı xidmətə keçirilməsinin təşkil olunması ilə bağlı fəaliyyətin təmin edilməsi” mövzusunda təqdimatla çıxış etdi. O, bu istiqamətdə korrupsiyaya qarşı mübarizədə dövlət xidmətlərinin elektronlaşdırılması, elekton xidmət fəaliyyətinin effektiv təşkili, səmərəliliyi, uğurlu layihələr, qarşıya çıxan çətinliklər və gələcəkdə həyata keçirə biləcək perspektivlərdən ətraflı şəkildə danışdı. Eyni zamanda, yeni texnologiyaların – süni intellekt, blokchain texnologiyasından, bulud hesablama, İoT (əşyaların İnterneti) kimi qabaqcıl texnologiyaların tətbiqindən, dövlət idarəçiliyinin növbəti mərhələsində xidmətlərin daha da optimallaşdırılmasına şəraitin yaradılacağından bəhs edildi.
Tədbirdə tələbələrin sualları cavablandırılmışdır.
