AzMİK-də süni intellekt və maliyyə konfransı keçirilib

UNEC- nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan “Süni İntellekt və Maliyyə: Sabaha Baxış” adlı kolleclərarası elmi-praktik tələbə konfransı keçirilib. Konfransda tələbələr süni intellektin maliyyə sektorunda yaratdığı yeniliklər, rəqəmsal transformasiya və gələcəyin maliyyə modelləri barədə çıxışlar ediblər. Tədbir gənclərin elmə, texnologiyaya və innovativ düşüncəyə marağının artırılmasına töhfə verib.
#azmik #unec