AzMİK-də “Excel əsasları” təlimi keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Excel üzrə mütəxəssis, təlimçi Elşad Aldostovun təqdimatında “Excel əsasları” mövzusunda təlim keçirilmişdir.🤩

Təlim zamanı Excel proqramının əsas funksiyaları, məlumatların düzgün işlənməsi, cədvəllərin qurulması və gündəlik istifadə üçün vacib olan alətlər haqqında ətraflı məlumat verilmişdir. İştirakçılar praktiki nümunələr üzərində işləyərək biliklərini daha da möhkəmləndirmiş, yeni bacarıqlar əldə etmişlər.

Elşad Aldostovun praktiki yanaşması və sadə izah tərzi təlimin daha interaktiv və faydalı keçməsinə şərait yaratmışdır.
Bu cür maarifləndirici təlimlər tələbələrin peşəkar inkişafına, rəqəmsal biliklərinin artırılmasına və gələcək fəaliyyətlərində daha effektiv olmalarına mühüm töhfə verir.

https://www.instagram.com/p/DWKGtxKDIGQ/