AzMİK-də “Gənclərə Tövsiyələr” kitabının təqdimatı keçirilib

📚 “Gənclərə Tövsiyələr” kitabının təqdimatı UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində keçirildi

Kollecdə baş tutan görüşdə Milli Məclisin deputatı Ceyhun Məmmədov gənclərlə bir araya gələrək onlara həyat yolu, təhsil, məqsəd və milli dəyərlər haqqında dəyərli fikirlərini paylaşdı. “Gənclərə Tövsiyələr” kitabı ətrafında aparılan müzakirələr gəncləri düşündürən, ruhlandıran və istiqamətləndirən bir platformaya çevrildi.

🎤 Görüş zamanı tələbələrin sualları cavablandırıldı, onların maraq dairələri və gələcək planları ilə yaxından maraq göstərildi. Açıq və səmimi atmosferdə keçən tədbir iştirakçılar üçün motivasiya dolu anlarla yadda qaldı.

Bu kimi görüşlər gənclərin maariflənməsi, dünyagörüşünün genişlənməsi və sağlam düşüncə ilə gələcəyə addımlaması baxımından xüsusi əhəmiyyət daşıyır.
#UNEC #MaliyyəİqtisadKolleci #GənclərəTövsiyələr #Maarifləndirmə #CeyhunMəmmədov #AzərbaycanGəncliyi #MilliDəyərlər #İnkişafYolu

https://www.instagram.com/p/DKBa2sXI9wO