
7 mart 2025-ci il tarixində UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Güclü qadınlar, güclü gələcək" forumunu uğurla həyata keçirdik! ✨
Qadınların cəmiyyətdəki rolunu və uğurlarını vurğuladığımız bu tədbirdə dəyərli spikerlərimiz ilhamverici çıxışları ilə bizə motivasiya verdilər. Onlara dəyərli töhfələrinə və dəstəyə görə dərin təşəkkürümüzü bildiririk!
Bu təşəbbüsün əsas ideya müəllifi olan Tələbə Gənclər Təşkilatının sədr müavini Fəridə Allahverdiyevaya xüsusi təşəkkür edirik!
Gələcəyin güclü qadınları üçün birlikdə addımlamağa davam edirik!🌸
#ASYOU #ATGT #AZMİK #8Mart
