
UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci ilə Bakı Regional Məşğulluq Filialının Təhlil və Tərəfdaşlarla iş şöbəsi arasında işgüzar görüş keçirilib.
Görüş zamanı Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, xüsusilə tələbə və məzunların məşğulluğuna dəstək məqsədilə əmək yarmarkalarının keçirilməsi, əməkdaşlığın genişləndirilməsi və birgə tədbirlərin təşkili məsələləri müzakirə olunub.
Görüşdə təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi, tələbələrin karyera imkanlarının artırılması və onların işəgötürənlərlə əlaqələndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
