Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru h.f.d., dos. Davud Davudov, müəllim və tələbə heyəti qəhrəman şəhid Elşən Cahangir oğlu İbrahimovun anım günündə onun məzarını ziyarət edib.
Kollecin rəhbərliyi, müəllim və tələbə heyəti şəhidin valideyinləri – Cahangir bəy və Xatirə xanımla Elşənin xatirəsini ehtiramla yad edərək, onun Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıqdan danışıblar.
Elşənin keçdiyi şərəfli həyat yolu, gənc yaşında göstərdiyi qəhrəmanlıq bir daha hamıya Vətən sevgisinin və əsl vətənpərvərliyin nümunəsi kimi təqdim olunub.
🇦🇿 Onun kimi igidlərin sayəsində bu gün biz azad və başıuca bir xalq kimi yaşayırıq.
Ruhun şad olsun, Elşən! Sənin adın və qəhrəmanlığın daim Azərbaycan gəncliyinə örnək olacaq.

Instagram paylaşımına baxın