AzMİK tələbələri Zəfər Günü ziyarətində iştirak ediblər

🎖️ UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Zəfər Gününə həsr olunmuş “Vətən Müharibəsi Qəhrəmanları ilə bir gün” adlı tədbir keçirildi.

Tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbə heyəti ilə yanaşı, Vətən müharibəsinin qazi və veteranı olmuş tələbələr də iştirak etdilər. 🇦🇿

44 günlük Zəfər yoluna həsr olunmuş video-xronika təqdim edildi, iştirakçılar müharibə xatirələrini bölüşdülər və gənclərə vətənpərvərlik ruhu aşılandı.

Kollecin direktoru h.f.d., dos. Davud Davudov çıxışında Vətən müharibəsi iştirakçısı olan tələbələrimizlə fəxr etdiyini qeyd etdi. Tədbirdə həmçinin t.f.d. Murad Muradov, Pərviz Müseyibli, İlham Əliyev və Alı Əliyev çıxış edərək fikirlərini bölüşdülər.

Tədbirin təşkilatçıları — müəllimlər Mehriban Aslanova və Nurlanə Salamova, qazilərimizə minnətdarlıqlarını ifadə edərək, belə görüşlərin gənclərin milli ruhda tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını vurğuladılar.

Sonda qazi və veteran tələbələrə xatirə hədiyyələri və Fəxri Fərmanlar təqdim olundu. 🎖️

🇦🇿 Zəfər Günümüz mübarək!

Instagram paylaşımına baxın