Noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Resp

Noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondu və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Zəfər Andı” adlı ədəbi-bədii gecə keçirilib.

Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllülər, tələbə gənclər, ictimaiyyət və media nümayəndələri olmaqla 2000-nə yaxın şəxs iştirak edib.

Açılış nitqlərindən sonra tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin təqdimatında nümayiş olunan “Zəfər Andı” adlı bədii kompozisiyada şanlı Zəfərə gedən yol, Azərbaycan xalqının qəhrəman övladlarının Vətənin azadlığı uğrunda göstərdikləri şücaət və qəhrəmanlıqlar bədii, musiqili və teatral formada tamaşaçılara təqdim edilib.

Qürurverici haldır ki, Azərbaycan Maliyyə-İqtisad Kollecinin bir qrup tələbəsi də bu möhtəşəm tədbirdə iştirak etmək hüququ qazanıb və “Zəfərin 5 ili”nə həsr olunmuş bu mənalı gecənin şahidi olublar. 🇦🇿✨

#ZəfərAndı #VətənMüharibəsi #Zəfərin5İli #BöyükQayıdış #ZəfərİB #AzGF #MədəniyyətNazirliyi #ədəbibədiigecə #böyükqayıdış2025 #AzMİK

Instagram paylaşımına baxın