
26 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə kollecin tərbiyə işləri üzrə direktor müavini t.e.n. Murad Muradov çıxış edərək Xocalı faciəsinin tarixi haqqında məlumat vermişdir.
Xocalı faciəsinin şahidi Səbail rayonu 162 nömrəli məktəbin tarix müəllimi Gülbəniz Heydər qızı Abbasova qanlı gecədə törədilən soyqırımdan danışmışdır.
Kollecin tarix müəllimi Hüseynova Turanə Xocalı soyqırımı haqqında geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, Xocalıda törədilmiş amansız qətliam təkcə türk dünyasına deyil, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş soyqırım aktıdır.
Tədbirdə Tələbə Gənclər Təşkilatının Xocalı soyqırımına həsr etdiyi ədəbi-bədii proqram və videoçarx nümayiş etdirilmişdir.
26 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində
Azərbaycan Maliyyə-İqtisad Kollecinin müəllim və tələbə heyəti “Ana harayı” abidəsini ziyarət etdilər.
