UNEC Azərbaycan Maliyyə-İqtisad Kollecinin bir qisim tələbələri WUF13 tədbiri çərçivəsində 19 may 2026-cı

UNEC Azərbaycan Maliyyə-İqtisad Kollecinin bir qisim tələbələri WUF13 tədbiri çərçivəsində 19 may 2026-cı il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanında könüllü fəaliyyət göstərmişdir.🤩

Könüllülərimiz yerli və xarici sərnişinlərin məlumatlandırılması, marşrut xətləri üzrə istiqamətləndirilməsi, nəqliyyatla bağlı sualların cavablandırılması və sərnişin axınının koordinasiyasına dəstək göstərilməsi istiqamətində fəal iştirak etmişlər.

Tələbələrimizin beynəlxalq tədbirdə nümayiş etdirdiyi məsuliyyət, ünsiyyət bacarığı və komandada çalışma qabiliyyəti qürurvericidir. 💙

Instagram paylaşımına baxın