25 Noyabr 2025-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqti

25 Noyabr 2025-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində görkəmli şair, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Dəyirmi masa” tədbiri təşkil olundu. Tədbiri giriş sözü ilə kollecin direktor müavini, t.f.d. Murad Muradov açaraq B. Vahabzadənin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, ictimai fikir tarixində tutduğu mühüm yerdən danışdı.

Dəyirmi masa çərçivəsində müəllim və tələbələr şairin yaradıcılığı, milli düşüncənin formalaşmasında rolu, azərbaycançılıq ideyalarının poeziyada təcəssümü barədə çıxışlar etdilər. Tədbir iştirakçılarının fikir mübadiləsi Vahabzadə ədəbi irsinin bu gün də gənclər üçün böyük əhəmiyyət daşıdığını bir daha göstərdi.

Sonda MUÜ-2505a və BİÜ-2502a qrupları tərəfindən şairin şeirləri və foto-şəkilləri nümayiş olundu, tədbir yüksək ruhda yekunlaşdı.

Instagram paylaşımına baxın