
Bu gün kollecdə beynəlxalq audit və konsaltinq şəbəkəsinin Azərbaycan nümayəndəliyi olan RSM Azerbaijan Akademiyasının nümayəndəsini qəbul etdik.
Görüş çərçivəsində tərəflər arasında əməkdaşlıq imkanları geniş müzakirə olundu və bir sıra mühüm istiqamətlər üzrə ilkin razılıq əldə edildi. Yaxın günlərdə tərəflər arasında rəsmi memorandumun imzalanması planlaşdırılır.
Eyni zamanda, Maliyyə ixtisası üzrə tədris proqramlarına beynəlxalq baxışın keçirilməsi, müasir əmək bazarının tələblərinə uyğun olaraq proqramların təkmilləşdirilməsi və bu istiqamətdə beynəlxalq rəyin təqdim olunması nəzərdə tutulur.
Bu əməkdaşlıq tələbələrimizin bilik və bacarıqlarının daha da gücləndirilməsinə, onların əmək bazarında rəqabətqabiliyyətli və dayanıqlı mütəxəssis kimi formalaşmasına mühüm töhfə verəcək.
Azərbaycan Maliyyə-İqtisad Kolleci olaraq məqsədimiz – təhsili real sektorun tələbləri ilə uzlaşdırmaq və tələbələrimiz üçün daha geniş imkanlar yaratmaqdır.
#unec #azmik
