Bu gün UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində direktor Davud Davudovun iştirakı ilə tədris i

Bu gün UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində direktor Davud Davudovun iştirakı ilə tədris işləri üzrə direktor müavini Pərviz Müseyibli, Monitoring bölməsinin rəhbəri Yeganə Şahvəliyeva və kitabxana müdiri Yeganə Bağırovanın qatıldığı işgüzar iclas keçirildi.

İclas zamanı müəllim heyətinin tədrisə hazırlıq vəziyyəti ətraflı müzakirə olundu, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlər müəyyənləşdirildi. Eyni zamanda, qarşıdan gələn akreditasiya prosesi çərçivəsində atılacaq addımlar, uyğunluğun təmin edilməsi və bu sahədə sistemli yanaşmanın tətbiqi ilə bağlı fikir mübadiləsi aparıldı.

Bununla yanaşı, kollecin kitabxana fondunun zənginləşdirilməsi, tələbə və müəllimlərin müasir və aktual resurslara çıxış imkanlarının genişləndirilməsi istiqamətində planlaşdırılan tədbirlər müzakirə edildi və müvafiq tapşırıqlar verildi.

Azərbaycan Maliyyə-İqtisad Kolleci olaraq əsas məqsədimiz tədrisin keyfiyyətini davamlı şəkildə artırmaq, müasir standartlara uyğun təhsil mühiti formalaşdırmaq və tələbələrimiz üçün daha əlverişli akademik imkanlar yaratmaqdır.

#AzMİK #Təhsil #Akreditasiya #KeyfiyyətliTəhsil #unec

Instagram paylaşımına baxın