Hər il 9 noyabr tarixində xalqımız Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü böyük qürur və sevinc

Hər il 9 noyabr tarixində xalqımız Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü böyük qürur və sevinc hissi ilə qeyd edir. Bu tarixi gün Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində böyük qürur hissi ilə
qeyd olunur. Tələbələrimizin dili ilə bayrağımız vəsv olunur, onun yaranma tarixi, keçdiyi məşəqqətli yollar sözlə, şerllə, mahnıyla öz ifadəsini tapır. Bayrağımızdakı üç rəng xalqımızın keçmişini, bu gününü və gələcəyini əks etdirir.

Bayraq, hər bir millətin azadlığının, müstəqilliyinin və birliyinin rəmzidir. Biz bu bayraq altında mübarizə aparmış, onu uca tutmaq üçün canından keçmiş qəhrəman oğul və qızlarımızla fəxr edirik.

Bu gün dalğalanan üçrəngli bayraq – xalqımızın qürur, şərəf və vətənpərvərlik simvoludur.

Bayraq Gününüz mübarək! 🇦🇿

Instagram paylaşımına baxın