
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində psixoloq Gülnar Yusifovanın təqdimatında “Yeniyetmələrlə effektiv ünsiyyət və konfliktlərin idarə olunması” mövzusunda psixoloji seminar keçirilmişdir.
Seminar zamanı yeniyetməlik dövrünün psixoloji xüsusiyyətləri, bu mərhələdə yaranan emosional dəyişikliklər, ünsiyyət zamanı meydana çıxan çətinliklər və konfliktlərin düzgün idarə olunması yolları haqqında ətraflı məlumat verilmişdir. İştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparmış, praktiki tövsiyələr və yanaşmalarla tanış olmuşlar.
Belə maarifləndirici seminarların keçirilməsi tələbələrin psixoloji biliklərinin artırılmasına və sağlam ünsiyyət mühitinin formalaşmasına töhfə verir.
