Azərbaycan Maliyyə-İqtisad Kolleci, 90 illik tarixi boyunca təhsil sahəsindəki uğurları ilə hər zaman ön

Azərbaycan Maliyyə-İqtisad Kolleci, 90 illik tarixi boyunca təhsil sahəsindəki uğurları ilə hər zaman ön planda olub, ölkəmizin maliyyə, iqtisadiyyat və idarəetmə sahələrində peşəkar kadrların yetişməsinə böyük töhfələr verib. 90 illik yubileyini bu şəkildə qeyd edərək, gələcəyə olan inamını və təhsil sahəsindəki yeni hədəflərini bir daha vurğuladı. Bu tədbir kollecin təhsil səviyyəsini daha da yüksəltmək, gənc kadrları cəlb etmək və iqtisadiyyat sahəsində aparıcı təhsil mərkəzi olaraq fəaliyyətini davam etdirmək istiqamətində yeni uğurların başlanğıcı olacaq.
Tədbirdə ölkəmizin tanınmış ictimai-siyasi xadimləri, təhsil sahəsindəki ekspertlər, maliyyə və iqtisadiyyat sektoru üzrə peşəkarlar, həmçinin kollecin keçmiş və hazırkı müəllimləri ilə tələbələri iştirak etdilər. Yubiley mərasimi, Azərbaycan Maliyyə-İqtisad Kollecinin 90 illik inkişaf yolu və əldə etdiyi müvəffəqiyyətlərə həsr olundu.

Instagram paylaşımına baxın