
Təhsildə rəqəmsallaşma istiqamətində daha bir mühüm addım! 🎓
Elm və təhsil naziri cənab Emin Əmrullayevin elektron diplomların tətbiqi istiqamətində müəyyən etdiyi hədəflərə uyğun olaraq, UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində də elektron diplomların təsdiqi prosesinə start verilib.
Artıq məzunlarımızın böyük əksəriyyəti elektron diplomlarını əldə edib. Qısa müddətdə bütün məzunlarımız üzrə prosesin yekunlaşdırılması nəzərdə tutulur.
Rəqəmsal təhsil – müasir, çevik və əlçatan gələcəyə doğru!
