AzMİK-də “Məktubdakı Qadın” romanı müzakirə olunub

📚 Ədəbi müzakirə və yazarla görüş

Azərbaycan Maliyyə-İqtisad Kollecinin “Bir gəncin manifesti” klubu çərçivəsində müasir ədəbiyyatımıza töhfə verən yazarlardan biri – Mürşüd Mehdinin “Məktubdakı Qadın” romanı müzakirə olunmuşdur.

Gənc qəhrəmanlar – Nərmin və Fərhadın ətrafında cərəyan edən psixoloji-dramatik hadisələr, sirli qətllər zənciri və gözlənilməz final əsəri daha da maraqlı və düşündürücü edir. Detektiv janrın elementləri ilə zəngin bu əsər, oxucunu dərin emosional gərginlik və suallarla üz-üzə qoyur.

Tədbir çərçivəsində müəlliflə görüş baş tutmuş, tələbələrin sualları və müzakirələri əsərin ideya-məzmununun daha dərindən qavranmasına zəmin yaratmışdır.

#MürşüdMehdi #MəktubdakıQadın #BirGəncinManifesti #ƏdəbiGörüş #KitabMüzakirəsi #AzərbaycanƏdəbiyyatı #DetektivRoman #PsixolojiDram

https://www.instagram.com/p/DKXK5siCqVl/