AzMİK tələbələri Zəfər Günü ziyarətində iştirak ediblər

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “8 Noyabr – Qürurla, Fəxrlə, Zəfərlə” adlı tədbir keçirilib.

Tədbiri kollecin direktoru, h.f.d., dos. Davud Davudov açaraq çıxış edib. O, 44 günlük Vətən müharibəsini Azərbaycan xalqının şanlı Zəfəri kimi qiymətləndirib. Direktor çıxışında qeyd edib ki, bu böyük Qələbə Müzəffər Azərbaycan Ordusunun, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyin, onun siyasi varisi — Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin, eləcə də xalq və ordu birliyinin nəticəsidir.

Əbədiyaşar Şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əyilir, onların əziz xatirəsi böyük hörmət və minnətdarlıqla yad olunur.

Tədbirin sonunda kollecin direktoru, h.f.d., dos. Davud Davudov, tədbir iştirakçılarını Fəxri fərmanlar və təşəkkürnamələrlə təltif edib.

Zəfər Günümüz mübarək! 🇦🇿

Instagram paylaşımına baxın