AzMİK tələbələri Zəfər Günü ziyarətində iştirak ediblər

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru h.f.d., dos. Davud Davudov, müəllim heyəti qəhrəman şəhid Murad Qurbanovun anım günündə onun məzarını ziyarət edib.

Kollecin rəhbərliyi və müəllim heyəti şəhidin valideyni Mehriban xanım və yaxınları ilə birlikdə xatirəsini ehtiramla yad edərək, onun Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıqdan danışıblar.
Muradın keçdiyi şərəfli həyat yolu, gənc yaşında göstərdiyi qəhrəmanlıq bir daha hamıya Vətən sevgisinin və əsl vətənpərvərliyin nümunəsi kimi təqdim olunub.
🇦🇿 Onun kimi igidlərin sayəsində bu gün biz azad və başıuca bir xalq kimi yaşayırıq.

Ruhun şad olsun, Murad! Sənin adın və qəhrəmanlığın daim Azərbaycan gəncliyinə örnək olacaq.

Instagram paylaşımına baxın