
Müseyibli Pərviz Tofiq oğlu
Təhsil və elmi hazırlıq
Pərviz Müseyibli 1 yanvar 1992-ci ildə anadan olmuşdur.
2013-cü ildə Bakı Dövlət Universitetində “Mexanika” ixtisası üzrə bakalavr, 2016-cı ildə isə “Maye, qaz və plazma mexanikası” ixtisası üzrə magistr təhsilini başa vurmuşdur.
2013-2014 – cü illərdə həqiqi hərbi xidmət keçmişdir.
Elmi fəaliyyətini Riyaziyyat və Mexanika İnstitutunda davam etdirərək 2021-ci ildə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturanı tamamlamış, 2022-ci ildə mexanika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Elmi-tədqiqat fəaliyyətində maye və qaz mexanikası, hidrodinamik proseslər və riyazi modelləşdirmə istiqamətlərinə xüsusi diqqət yetirir.
Peşə fəaliyyəti
2015–2025-ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi kimi fəaliyyət göstərmişdir.
2021-ci ildən 2026-cı ilə qədər Bakı Mühəndislik Universitetində yarımştat müəllim, 2024-cü ildən Bakı Dövlət Universitetində saat hesabı müəllim kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.
Elmi-pedaqoji fəaliyyəti
Pərviz Müseyibli elmi-pedaqoji fəaliyyəti çərçivəsində mexanika, maye və qaz mexanikası, riyazi modelləşdirmə və hesablama metodları üzrə tədris və tədqiqat işi aparır.
Elmi araşdırmalarında MATLAB, Mathematica, COMSOL və Python kimi hesablama və simulyasiya vasitələrindən istifadə edir. Müxtəlif beynəlxalq elmi jurnallarda maye hidrodinamikasında riyazi modelləşdirmə üzrə məqalələri dərc olunmuşdur.
Elmi və təşkilati fəaliyyəti
2022–2025-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının üzvü, 2021–2025-ci illərdə isə institutun Gənc alim və mütəxəssislər şurasının sədri olmuşdur.
2021-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Gənc alim və mütəxəssislər şurasının idarə heyətinin üzvü, Gənc alim və mütəxəssislər şurasının Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsinin katibi, 2022-ci ildən “Gənc tədqiqatçı” jurnalının redaksiya heyətinin üzvüdür.
2023-cü ilin iyul–avqust aylarında Cənubi Koreyanın Inha Universitetində “BEU Faculty Training Program (Engineering)” proqramında iştirak etmişdir.
Təhsil idarəçiliyi fəaliyyəti
2025-ci ilin oktyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərir.
Fəaliyyətinin əsas istiqamətlərini tədris prosesinin səmərəli təşkili, təhsil proqramları və tədris planlarının təkmilləşdirilməsi, müəllim dərs yüklərinin və akademik proseslərin koordinasiyası, qiymətləndirmə və imtahan proseslərinin təşkili, eləcə də tədrisin keyfiyyətinin davamlı monitorinqi təşkil edir.
Eyni zamanda, tədris və qiymətləndirmə proseslərinin rəqəmsallaşdırılması, əlavə təhsilin inkişafı, ixtisasların əmək bazarının tələblərinə uyğunlaşdırılması, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi və tələbələrin praktik hazırlığının gücləndirilməsi istiqamətində həyata keçirilən işlərdə iştirak edir.
