
UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin 90 illik yubileyi qeyd olunub.
Yubiley tədbirindən öncə iştirakçılar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə güllər düzüblər, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Təntənəli yubiley tədbirində kollec tələbələrinin əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunub və kollecin 90 illiyinə həsr edilmiş konfrans materialları sərgilənib.
Tədbirdə UNEC rektoru prof. Ədalət Muradov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağlyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini professor Əminağa Sadıqov çıxış edərək, kollecin kollektivini təbrik ediblər.
Sonra kollecin Vətən Müharibəsində şəhid olmuş məzunları Murad Qurbanov, Miqdad Abduləlimov, Elşən İbrahimovun rəsmləri onların analarına təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
Maliyyə-İqtisad Kollecinin kollektivini 90 illik yubiley münasibətilə təbrik edirik, və fəaliyyətlərində uğurlar arzulayırıq!🎉
#UNEC #maliyyəiqtisadkolleci #yubiley
